İsrail Qəzzaya etdiyi hücumlar nəticəsində xəstəxanaları və tibbi infrastrukturu məhv edib.
AZXEBER.COM "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Londonda yerləşən "Forensic Architecture" tədqiqat qrupu təhlil edib.
Təhlildə İsrailin sözügedən xəstəxanaları bombalaması, onları yararsız hala salması animasiyalı qrafiklərlə xəritədə xronoloji olaraq müzakirə edilib.
İsrailin bölgədəki xəstəxanalara hücumları "xəstəxana mühitini hədəf alan hücumlar, birbaşa hədəf alma, mühasirə və işğal" olaraq təyin olunub və hücumların "təkrarlanan və ardıcıl hücum modelini" ortaya çıxardığı vurğulanıb.
Bu hücumlar Qəzzanın şimalındakı xəstəxanaları da yararsız hala salıb.
Mikayıl