İsrail Qəzzaya iki vətəndaşlı məhbusların cəsədlərini gətirir

İsrail Qəzzaya iki vətəndaşlı məhbusların cəsədlərini gətirir
DÜNYA
12:03 05.06.2025
365
İsrailin baş naziri Benyamin Netanyahu ordu və Şin Betin birgə əməliyyatı nəticəsində Qəzza zolağında girov saxlanılan ABŞ-İsrail ikili vətəndaşlığı olan iki məhbusun cəsədlərinin İsrailə gətirildiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ordu və daxili kəşfiyyat xidməti Şin Betin birgə əməliyyatı nəticəsində Qəzza zolağında girov saxlanılan ABŞ-İsrail ikili vətəndaşlığı olan iki məhbusun cəsədlərinin İsrailə gətirildiyini açıqlayıb.

Qəzza zolağının cənubundakı Xan Yunisdən Gadi Haggai və Cudih Weinstein-in cəsədlərinin çıxarıldığını bildirən İsrail ordusu, "Əsirimizdə qalan 56 nəfər geri qayıdana qədər əməliyyatı davam etdirəcəyik" deyə bildirib.

Qeyd edək ki, ikili ABŞ-İsrail vətəndaşı olan 72 yaşlı Qadi Haqqai və 70 yaşlı Cudih Vaynşteyn 7 oktyabr 2023-cü ildə hücum zamanı oğurlanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR