İsrail Qəzzaya quru hərəkatı hazırlıqlarını tamamladı

İsrail Qəzzaya quru hərəkatı hazırlıqlarını tamamladı
DÜNYA
10:31 19.10.2023
131
13 gündür Qəzzanı bombalayan İsrail dövlət televiziyası ordunun Qəzzaya qarşı quru əməliyyatı üçün hazırlıqlarını tamamladığını açıqlayıb. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail Quru əməliyyatının "yəhudi məskənlərinin silahlı fələstinlilərdən təmizlənməsindən sonra” müharibənin ikinci mərhələsi olduğunu bildirilib. İsrailin rəsmi dövlət televiziyası KAN İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı üçün hazırlıqlarını tamamladığını açıqlayıb.

KAN xəbərində üç gündür Qəzza sərhəd bölgəsində İsrail ordusu ilə Fələstinli qruplar arasında qarşıdurmanın olmadığını bildirilib. Xəbərdə, qüvvələrin hərəkəti və mövqeləri də daxil olmaqla bütün inkişafın İsrail ordusunun Qəzza zolağına daxil olmaq üçün hazırlıqlarını tamamladığını, Qəzzada həyata keçiriləcək quru əməliyyatının ikinci mərhələ olduğu ifadə edilib. 

Aysel
OXŞAR XƏBƏRLƏR