İsrail Ordusu Qəzzanın cənubuna yenidən aviazərbələr endirməyə başladığını elan edib.
Hədəfin HAMAS obyektləri olduğu bildirilib.
"The Times of Israel" hərbi mənbələrə istinadən əsas hədəflərdən birinin HAMAS-ın əvvəllər girovları saxladığı tunel şəbəkəsi olduğu barədə məlumat yayıb.
Fələstin mediası isə Han Yunus şəhərinə də zərbə endirildiyini yazıb.
/APA