İsrail qoşunları Livandan çıxana qədər “Hizbullah” silahı yerə qoymaqdan imtina edir

İsrail qoşunları Livandan çıxana qədər “Hizbullah” silahı yerə qoymaqdan imtina edir
DÜNYA
01:06 29.12.2025
131
"Hizbullah” İsrail qoşunları Livan ərazisindən çıxana qədər öz bölmələrinin tərksilah edilməsini müzakirə etməkdən imtina edib.

Bu barədə təşkilatın baş katibi Naim Qasım 28 dekabrda tərəfdarlarına müraciətində bildirib.

"Hökumətin silah üzərində dövlət inhisarına nail olmaq istəyi hazırda Livanda müqavimət qüvvələrinin mövcudluğuna son qoymaq istəyən ABŞ və İsrailin maraqlarına xidmət edir. Buna görə də, təcavüz davam edərkən və bir neçə cənub rayonu işğal altında qalarkən döyüşçülərimizi tərksilah etməyə məcbur etmək niyyətində deyilik. Biz belə bir addımı məntiqsiz hesab edirik ", - o deyib.

/APA
OXŞAR XƏBƏRLƏR