İsrail qurudan hücum üçün Livana daha bir diviziya göndərdi

DÜNYA
14:17 07.10.2024
171
İsrail ordusu Livana daha bir diviziya göndərib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib.
 
Bu, İsrailin Livana göndərdiyi üçüncü diviziyadır.
 
Bununla belə, İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı məhdud və intensiv qurudan hücumlara başladığını bildirib.
 
Qeyd edək ki, İsrail qurudan hücumun məhdud olduğunu iddia etsə də, Təl-Əviv rəhbərliyi Livanın cənubundakı Litani çayının şimalındakı bir çox yaşayış məntəqələrinin boşaldılmasını tələb etmişdi.
 
Oksana

OXŞAR XƏBƏRLƏR