İsrail hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi "arzuolunmaz şəxs" elan edərək ölkəyə girişini qadağan edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Xarici İşlər Naziri Yisrael Katzın deyib.
"Demək olar ki, bütün dünya ölkələrinin etdiyi kimi, İranın İsrailə qarşı hücumunu açıq şəkildə pisləməyən hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil”. - deyə nazir əlavə edib.
Açıqlamada bu qərarın BMT baş katibinin dünən İranın raket hücumundan sonra verdiyi bəyanata görə verildiyi bildirilib.
Qeyd edək ki, BMT-nin baş katibi dünənki bəyanatında atılan raketlərlə bağlı İranın adını çəkməyib və Tehranın hücumunu birbaşa pisləməyib.
Baş katib hər iki ölkəyə atəşkəs çağırışı edib.
Cəmalə