İsrail qüvvələri Suriyada əməliyyat keçirib

İsrail qüvvələri Suriyada əməliyyat keçirib
DÜNYA
19:28 20.09.2025
205
İsrail hərbi qüvvələri Suriyanın cənubundakı Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Əs-Samdaniya yaşayış məntəqəsində əməliyyat keçirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Syria TV” məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun zirehli texnikada olan nəzarət patrulu kəndin girişində yoxlama məntəqəsi quraraq bir neçə mülki avtomobili yoxlayıb.

Bununla yanaşı, sentyabrın 19-u axşamı dörd zirehli maşından ibarət konvoy Dera əyalətiinin ərazisinə daxil olaraq reyd keçirib.
OXŞAR XƏBƏRLƏR