İsrail saxlanılan iordaniyalı deputatı ölkəsinə təhvil verib

İsrail saxlanılan iordaniyalı deputatı ölkəsinə təhvil verib
DÜNYA
19:07 07.05.2023
225
İsrail İordan çayının qərb sahilinə qaçaqmalçılıq yolu ilə silah keçirməyə cəhddə şübhəli bilinərək saxlanılan İordaniya parlamentinin deputatı İmad əl-Advanı ölkəsinə təhvil verib.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu barədə "Reuters” İsrail kəşfiyyat agentliyi Şin Betə istinadən məlumat yayıb.

Qeyd olunub ki, aprelin 22-də İsrailin nəzarətində olan sərhəd keçid məntəqəsində saxlanılan İmad əl-Advan İordaniya təhlükəsizlik orqanlarına təhvil verilib. Bundan sonra deputatın işi Amman tərəfindən araşdırılacaq.
OXŞAR XƏBƏRLƏR