İsrail qüvvələri günlərdir hücuma məruz qalan Qəzzada Şəfa xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyyeni saxlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail dövlət televiziyasının sosial media hesabında xəbər yayımlanıb.
Oktyabrın 15-də səhər saatlarında İsrail ordusu Qəzzada minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük səhiyyə müəssisəsi olan Şəfa xəstəxanasına basqın edib.
İsrailin tənqidlərə səbəb olan hücumdan sonra tunel və sursat anbarları yerinə binada tapdığını iddia etdiyi paslı silahları və bir neçə kameranı sübut kimi təqdim edib.
Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan xəstəxanaya sığınan minlərlə mülki vətəndaş hücumlar səbəbilə qaçarkən, çox sayda insan həyatını itirib.
Mikayıl