HAMAS liderlərinin məhv edilməsi növbəti əməliyyatda baş tutacaq.
Bunu İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter "Fox News”a açıqlamasında İsrailin Qətərin paytaxtına endirdiyi hava zərbələrinə münasibət bildirərkən deyib.
"Hazırda müəyyən tənqidlərə məruz qala bilərik. Amma bu, tezliklə unudulacaq”, - səfir vurğulayıb.
Diplomat əlavə edib ki, bölgədə də dəyişikliklər baş verir: "Sülhün və Qərb sivilizasiyasının düşmənlərini terror aktları həyata keçirmək imkanından məhrum etdikcə, region daha yaxşıya doğru dəyişir”.
Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri Qətərin paytaxtı Dohada HAMAS-ın ali rəhbərliyini hədəf alan zərbələr endirib.
\apa