İsrail səfirliyinin əməkdaşı bıçaqlandı

İsrail səfirliyinin əməkdaşı bıçaqlandı
DÜNYA
13:16 13.10.2023
245
İsrailin Çindəki səfirliyinin əməkdaşı Pekindəki diplomatik nümayəndəliyin yaxınlığında bıçaqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot” qəzeti məlumat yayıb.
 
Bu gün bıçaqla hücuma məruz qalan şəxsin xəstəxanaya çatdırıldığı, vəziyyətinin stabil olduğu qeyd edilir.

Hadisənin təfərrüatları haqda məlumat verilməyib. 

Qəzet qeyd edir ki, bundan əvvəl HƏMAS qruplaşmasının rəhbərliyi dünyadakı bütün tərəfdarlarına cümə günü israillilərə və yəhudilərə qarşı hücumlara başlamaq çağırışı ilə müraciət etmişdi. Bu səbəbdən İsrail Milli Təhlükəsizlik Baş İdarəsi və ölkənin Xarici İşlər Nazirliyi xaricdəki həmvətənlərinə müxtəlif nümayiş və etiraz aksiyalarından uzaq durmağı tövsiyə edib.

Aysel
OXŞAR XƏBƏRLƏR