İsrail son 24 saatda 48 fələstinlini öldürdü, 70-ni yaraladı

DÜNYA
14:42 02.09.2024
119
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlarda 48 nəfər ölüb, 70 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyi açıqlayıb.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 786-ya, yaralıların sayı isə 94 min 224-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR