İsrail tarixinin ən titullu futbol məşqçisi vəfat etdi

İDMAN
18:53 15.01.2024
208
İsrail tarixinin ən titullu futbol məşqçisi Dror Kaştan vəfat edib.

Millinin sabiq baş məşqçisi 79 yaşında dünyasını dəyişib.

Kaştanın futbolçu karyerası uğursuz alınıb. O, ümumilikdə 140 rəsmi görüşdə iştirak edib. İsrail millisində də 3 oyun keçirən əfsanəvi çalışdırıcı baş məşqçi kimi 6 dəfə ölkə çempionluğunu, eyni sayda isə kubokunu qazanıb.

Qeyd edək ki, Dror Kaştan 2006-2010-cu illərdə İsrail millisinə rəhbərlik edib. Onun son komandası 2012/2013 mövsümündə yerli "Bney Yehuda” olub.

OXŞAR XƏBƏRLƏR