İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasının TƏFƏRRÜATI

İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasının TƏFƏRRÜATI
DÜNYA
12:40 22.11.2023
184
İsraillə HƏMAS arasında əldə edilən əsir mübadiləsi razılaşmasının təfərrüatları mətbuata əks olunan xəbərlərlə yanaşı rəsmi açıqlamalarla da üzə çıxmağa başlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail və HƏMAS Qətər və Misirin vasitəçiliyi ilə əsir mübadiləsi barədə razılığa gəlib.

Təl-Əviv rəhbərliyi dünən axşam baş nazir Binyamin Netanyahunun rəhbərliyi ilə keçirilən və təxminən 6 saat davam edən kabinet iclasından sonra verdiyi açıqlamada əsir mübadiləsi razılaşmasını qəbul etdiyini açıqlayıb. 

Nazirlər Kabinetinin iclasından sonra Baş Nazirliyin Mətbuat İdarəsindən verilən açıqlamada İsrailin HƏMAS ilə əsir mübadiləsi razılaşmasını və hərbi əməliyyatlarda 4 günlük humanitar fasiləni qəbul etdiyi açıqlanıb.

Açıqlamada "4 gün ərzində qadın və uşaqların da olduğu ən azı 50 girovun azad edilməsi və bu müddət ərzində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur",- deyə bildirilib.

Açıqlamada hər 10 əsir azad edilməsi müqabilində hərbi əməliyyatların əlavə bir gün müddətinə dayandırılacağı ifadə edilərək, İsrail hökuməti və ordusunun bütün əsirləri geri qaytarmaq üçün müharibəni davam etdirəcəkləri, hərbi əməliyyatları tamamlayacaqları vurğulanıb. 

Həmas İsraillə əldə olunan razılaşma çərçivəsində qarşıdurmalarda 4 günlük humanitar fasilə veriləcəyini və bu müddət ərzində İsrail həbsxanalarında olan 150 fələstinli əsirin 50 israilli əsirin azadlığa buraxılması qarşılığında azad ediləcəyini açıqlayıb. 

Bəyanatda humanitar fasilənin qüvvədə olacağı 4 gün ərzində Qəzza zolağına humanitar yardım materialları və yanacaq daşıyan yüzlərlə yük maşınının daxil olacağı, yanacaq və yardım materiallarının Qəzza zolağının hər bölgəsinə daşınacağı bildirilib.

Bəyanatda Qəzza zolağında şimaldan cənuba Səlahəddin yolu boyunca insanların hərəkət azadlığının təmin ediləcəyi də vurğulanıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb