Noyabrın 24-ü saat 08:00-da İsraillə HƏMAS arasında başlayan müvəqqəti atəşkəs zamanı üç əsir mübadiləsi həyata keçirilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 175 nəfər azad edilib.
Azad edilən məhbuslar arasında 17 Taylandlı və 1 Filippinli olduğu öyrənilib.
Əsir mübadiləsi prosesi zamanı HƏMAS tərəfindən 13 nəfərlik üç qrupda 39 İsrail vətəndaşı, 39 nəfərlik üç qrupda isə 117 fələstinli məhbus İsrail tərəfindən azad edilib.
Razılaşmaya əsasən, İsrail həbsxanalarında olan 150 fələstinli HƏMAS-ın saxladığı 50 israilli məhbusun əvəzində azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.
Mikayıl