İsrail ordusu Qəzza-Misir sərhədinə nəzarəti ələ keçirməyə çalışır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bölgəyə texnoloji vasitələrlə nəzarət etmək planlaşdırılır.
Görüşün təfərrüatlarını paylaşan İsrail ordusu radiosu iki ölkənin razılaşmaya yaxın olduğunu açıqlayıb.
Razılaşmaya Filadelfiya dəhlizi kimi də tanınan Səlahəddin Dəhlizinə nəzarətin əldə edilməsi daxildir.
İki ölkə arasında gərginliyin artmasına səbəb olan mübahisə ilə bağlı rəsmilərə əsaslanan xəbərdə İsrail rəhbərliyinin Rəfahda yaşayan əhalini Qəzza zolağının digər bölgələrinə evakuasiya etmədən hərbi müdaxilə etməyəcəyinə söz verdiyi iddia edilib.
Ayşən