İsrail bu gün girov mübadiləsinin olacağını, HƏMAS isə 4 günlük müvəqqəti atəşkəsin eyni vaxtda başlayacağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, gözlənilən proses baş tutmayıb.
Təl-Əviv rəhbərliyi sözünün üstündən dönərək girovların cümə gününə qədər azad edilməyəcəyini açıqlayıb və atəşkəsin dayandırıldığı, müharibənin davam edəcəyi mesajını verib.
Baş nazir Netanyahunun baş məsləhətçilərindən olan Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachin Haneqbi İsrailin bu qərarı təxirə saldığını açıqlayıb.
İsrail mətbuatı və beynəlxalq mətbuat razılaşmanın birinci mərhələsində Həmas-ın Qəzzada saxlanılan 50-80 İsrailli qadın və uşağı azad edəcəyini yazıb. Bunun müqabilində İsrailin əksəriyyəti qadın və uşaqlardan ibarət ən azı 150 fələstinli məhbusu azad edəcəyi gözlənilir.
Qəzzada 4 günlük atəşkəs elan edilərək əsir mübadiləsinin həyata keçiriləcəyi və razılaşma çərçivəsində gündə təxminən 300 TIR-ın Qəzzaya daxil olmasına icazə veriləcəyi bildirilib.
Mikayıl