İsrail xalqının 42%-i Netanyahunun istefasını istədi

İsrail xalqının 42%-i  Netanyahunun istefasını istədi
DÜNYA
11:46 08.04.2024
145
Oktyabrın 7-dən bəri Qəzzaya qarşı davam edən hücumlarla bağlı İsrail ictimaiyyətinin əksəriyyəti Netanyahunun müharibəni yaxşı idarə edə bilmədiyini və dərhal istefa verməli olduğunu bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail dövlət televiziyası Netanyahunun Qəzza zolağına qarşı müharibəsi ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Sorğuya görə, israillilərin 68%-i Netanyahunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına qarşı müharibəni yaxşı idarə etmədiyini, 29%i onu yaxşı idarə etdiyini, 3%-i isə qərarsız olduğunu bildirib.

Xalqın 45%-i oktyabrın 7-də baş verən hadisələrə görə Netanyahunu, 35%i ordunu, 3%-i isə müdafiə naziri Yoav Gallantı cavabdeh hesab etdiyi halda, qalanları cavab verməkdən imtina edib.

İctimaiyyətin 42%-i Netanyahunun istefasını istədiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR