İsrail Yəməndən yeni raket hücumu qeydə alıb

İsrail Yəməndən yeni raket hücumu qeydə alıb
03:17 16.05.2025
450
İsrail ordusu Yəməndən yeni raket hücumu qeydə alıb.

Bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri Yəməndən İsrail ərazisinə doğru atılan raketi aşkarlayıb. İsrail Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün tədbirlər görür", - məlumatda bildirilir.

Ölkənin mərkəzi hissəsində bir çox ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR