İsrail ordusunun Qəzza zolağının cənubunda Xan Yunus və şimalda qaçqınlar düşərgəsinə həyata keçirdiyi hücumlarda yenə 5 fələstinli həyatını itirib.
AZXEBER.COM Fələstinin WAFA xəbər agentliyinə istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzanın cənubunda Rəfahın qərbində və Xan Yunisin şərqində Absan əl-Kəbirə bölgəsində bir evi hədəf alıb.
Hücumda ən azı 3 fələstinli həyatını itirib, bəziləri isə yaralanıb.
İsrail ordusu Qəzza zolağının şimalında Cibaliya qaçqın düşərgəsinin əl-Hevca qovşağı yaxınlığındakı evi də bombalayıb.
Hücum nəticəsində biri uşaq olmaqla iki nəfər ölüb.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 589-u uşaq, 10 min 980-i qadın olmaqla 40 min 602 fələstinli həyatını itirib, 93 min 855 nəfər isə yaralanıb.
Mikayıl