İsrail yenə Qəzzaya hücum etdi - 11 nəfər öldü

DÜNYA
12:12 22.08.2024
120
İsrail ordusu səhər saatlarında Qəzzanın şimalındakı Beyt Lahiya qəsəbəsində yaşayış binasına hücum edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində azı 11 nəfər öldürülüb.

Həyatını itirənlər və əksəriyyəti uşaq olan 15 yaralı Əl-Ehli Baptist Xəstəxanasına gətirilib.

Daha sonra İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Xan Yunus şəhərində məcburi köçkün fələstinlilərin sığındıqları çadırları bombalayıb.

Hücum zamanı 3 yaşlı fələstinli qız həyatını itirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR