İsrail ordusu bu dəfə İordan çayının qərb sahilindəki Cenin şəhərinə hava hücumu təşkil edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatında yazılıb.
Məlumata görə, hücumda 4 nəfər həyatını itirib.
İsrail işğalçı qüvvələri Cenin şəhərinin Burkin, Burkin Vadisi, Əl-Hadef bölgəsinə basqın edib.
Basqından əvvəl İsrail qüvvələri bölgədəki bəzi binaların damlarına snayperlər yerləşdirib.
Basqına müqavimət göstərmək üçün Cenin şəhərinin Makbarat Shuheda bölgəsi ətrafında toplaşan fələstinlilərə İsrail döyüş təyyarələri tərəfindən ən azı iki raket atılıb.
Raketli hava hücumu nəticəsində xeyli sayda insan yaralanıb.
İsrail ordusu işğal altındakı Fələstinin İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə təşkil etdiyi reydlər zamanı çoxlu sayda fələstinlini həbs edib.
Mikayıl