İsraildə casus qalmaqalı: “Dəmir Qübbə” sisteminin sirləri sızdırıldı

İsraildə casus qalmaqalı: “Dəmir Qübbə” sisteminin sirləri sızdırıldı
DÜNYA
13:19 22.03.2026
262
İsrailin Dəmir Günbəz hava hücumundan müdafiə sistemində xidmət etmiş 26 yaşlı ehtiyat əsgər Raz Koen İranla əlaqəli agentlə gizli rabitə quraraq məxfi hərbi məlumatları pul müqabilində paylaşmaqda ittiham olunur.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Koen müharibə dövründə xidmətə geri çağırılmadan əvvəl sistemdə texnik və operator kimi işləyib. Bu müddətdə o, "Telegram" vasitəsilə əlaqə saxlayaraq əməliyyat strukturu, batareya yerləri, sursat prosesləri, sistemin foto və videoları daxil olmaqla həssas məlumatları paylaşıb və ödəniş alıb.

İstintaq həmçinin göstərir ki, Koen İsrail Hərbi Hava Qüvvələrinin bazalarının yerləri barədə də həssas məlumat verib.

Daha sonra İran agentinin Koenə hədə-qorxu gəldiyi, müxtəlif hesablar vasitəsilə təzyiq göstərdiyi və hətta ailə üzvlərini hədəf aldığı bildirilir. Koen rabitəni kəsməyə çalışsa da, hadisə üzə çıxdıqdan sonra həbs olunub.
 
Gülay

OXŞAR XƏBƏRLƏR