İsraildə eynicinsli cütlüklər artıq surroqat analıq yolu ilə uşaq sahibi ola biləcəklər.
AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, müvafiq qaydalar yanvarın 11-dən etibarən qüvvəyə minəcək.
İsrailin səhiyyə naziri Nitzan Horovitz yeni tənzimləmələri şərh edərkən bildirib ki, ölkədəki LGBT icmasının uzunmüddətli mübarizəsinin məqsədi qanun və valideynlikdə bərabərlikdir.
Nazirin sözlərinə , qanuna edilən dəyişikliklər subay kişilərə və transgenderlərə də şamil olunacaq.