Fələstinlə münaqişə nəticəsində həlak olan israillilərin sayı 1300-ə çatıb, 3,7 min nəfər yaralanıb.
Bu barədə İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Svi bildirib.
"Hələlik heç kim dəqiq bilmir. İndiyədək haradasa 1300 ölü, 3,7 min yaralı var və 150-yə yaxın insan itkin düşüb, yaxud da HƏMAS-ın əlindədir. Biz kimin harada olduğunu dəqiq bilmirik, çünki hələ də siyahı vermirlər”, - səfir qeyd edib.
Diplomatın sözlərinə görə, ümumilikdə son üç gün ərzində İsrailə 6 minə yaxın raket atılıb.