Müharibə başlayandan bugünədək İsraildə 11 Ukrayna vətəndaşı həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko açıqlama verib.
Məlumata görə, ölən şəxslərdən 9-nun itkin düşdüyünü bildirilib.
Nikolenko açıqlamada deyib:
"Ukrayna Xarici İşlər Nazirliyi İsraildə 11 ukraynalının öldüyünü təsdiqləyir. 9 vətəndaşdan xəbər yoxdur".
Mətbuat katibi dünən sosial media hesabında etdiyi paylaşımda 1000-dən çox Ukrayna vətəndaşının uçuşların ləğvi səbəbilə İsraili tərk etmək üçün kömək istədiyini və oktyabrın 14-də Rumıniyaya ilk təxliyə uçuşu üçün hazırlıqların görüldüyünü qeyd edib.
Nikolenko 200-ə yaxın ukraynalının Qəzza zolağından təxliyə olunmaq istədiyini, lakin təhlükəsizlik problemləri səbəbindən bölgəni tərk etməyin mümkün olmadığını bildirib.
Mikayıl