İsraildə məşhur gəzinti marşrutları ləğv edildi - İsti havaya görə

İsraildə məşhur gəzinti marşrutları ləğv edildi - İsti havaya görə
DÜNYA
13:36 10.08.2025
182
İsraildə bu həftə gözlənilən qızmar istilər səbəbindən məşhur gəzinti marşrutları ləğv edilib.

Bu barədə İsrail Polisi məlumat yayıb.

Bildirilib ki, proqnozlaşdırılan yüksək istilərə görə bir sıra gəzinti marşrutları ən azı çərşənbə axşamına qədər bağlı qalacaq.

Sözügedən marşrutlara Kelt vadisi, Yəhudi səhrası və İordaniya vadisi daxildir.

Qeyd edək ki, Ölü dəniz ətrafında bu həftənin sonunda temperaturun 47 dərəcəyə çatacağı gözlənilir.
 
///report
OXŞAR XƏBƏRLƏR