İsraildə naməlum şəxs avtobusa atəş açıb, xəsarət alan var

İsraildə naməlum şəxs avtobusa atəş açıb, xəsarət alan var
DÜNYA
13:11 02.10.2022
198
İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu özünün "Twiter" səhifəsində məlumat yayıb.

"Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib", - məlumatda deyilib.

Avtomobilin sürücüsü xəsarət alıb və ona tibbi yardım göstərilib.

Hadisə yerinə gələn hərbçilər şübhəliləri axtarır.
OXŞAR XƏBƏRLƏR