İsraildə on minlərlə insan küçələrə axışıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Baş nazir Benyamin Netanyahunun Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını ləğv etməsi və yenidən hücum etməsi olub.
Nümayişlərin diqqət mərkəzində olan paytaxt Təl-Əvivdə on minlərlə etirazçı Begin küçəsi və Həbimə meydanını və küçələrini doldurub.
Qəzzadakı israilli əsirlərdən Mətanın anası Einav Zangauker on minlərlə israilli etirazçıya müraciət edərək, Netanyahu hökumətini oğlunu geri qaytarmaq əvəzinə atəşkəs və məhbus mübadiləsi razılaşmasını pozaraq oğluna qarşı "sui-qəsd" həyata keçirməkdə günahlandırıb.
Netanyahunun 7 oktyabr 2023-cü ildəki uğursuzluğuna görə məsuliyyətdən qaça bilməyəcəyini ifadə edən Zangauker bildirib:
"Cəzanızın azaldılmasının yeganə yolu 59 məhbus üçün hərtərəfli bir razılaşma əldə etmək və müharibəni bitirməkdir".
Qeyd edək ki, siyasi gərginliyin kölgəsində olan İsrail martın 18-də atəşkəsi pozaraq Qəzza zolağına yenidən hücum etmişdi.
Netanyahu hökumətinin yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozaraq "Qəzzada israilli məhbusları xilas etməyi hədəflədiyi" iddiası israilli məhbusların yaxınları tərəfindən "aldadılma" kimi tənqid edilib.
Oksana