İsraildə son sutka ərzində koronavirusun yeni "omikron" ştammına 591 yoluxma halı qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusun sözügedən ştammına yoluxma hallarının sayı 1 118-ə çatıb.
Bildirilir ki, yoluxma qeydə alınan 1 118 nəfərdən 723-ü müxtəlif ölkələrdən İsrailə qayıdan vatəndaşlardır.
Qeyd edilir ki, ümumilkdə ötən gün ölkədə koronavirusa 1 775 yoluxma halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 1 363 577, koronavirusdan ölənlərin sayı isə 8 241 nəfər təşkil edir.