İsraildə silahlı hücum: ölən və yaralananlar var

DÜNYA
17:21 06.10.2024
344
İsrailin cənubunda Beerşeba şəhərində silahlı hücum nəticəsində bir qadın ölüb, on nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Təcili Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, 25 yaşlı qadın aldığı ağır xəsarətlərdən dünyasını dəyişib, daha 10 nəfər isə güllə yarası da daxil olmaqla müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR