İsraildə yeni cəbhə açılacaq? - İrandan təəccüblü açıqlama

İsraildə yeni cəbhə açılacaq? - İrandan təəccüblü açıqlama
DÜNYA
12:10 13.10.2023
217
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, bölgədə yeni cəbhənin açılması İsrailin Qəzzadakı hərəkətlərindən asılıdır. 

AZXEBER.COM xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian regional turu çərçivəsində getdiyi Bağdadda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Fələstin və Qəzzada baş verən hadisələrin müzakirə edildiyi görüşdə Abdullahiyan İsrailin tamamilə mühasirəyə aldığı Qəzzada qətliam başlatdığını, başda ABŞ olmaqla bəzi tərəflərin Təl-Əviv rəhbərliyinə dəstək verdiyini xatırladıb.

Abdullahiyan, fələstinli qrupların 7 oktyabrda İsrailə qarşı başlatdığı "Əqsa tufanı əməliyyatı"nın fələstinlilərə xas şərtlərin nəticəsi və İsrail rəhbərliyinin radikal yanaşmalarından qaynaqlandığını vurğulayıb.

Fələstinlilərə dəstək üçün hər cür təşəbbüsü alqışladıqlarını ifadə edən Abdullahiyan Qəzza xalqına yardımların çatdırılması üçün Qırmızı Xaç və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri ilə əlaqə saxladıqlarını və bölgə ölkələri ilə də məsləhətləşmələr apardıqlarını bildirib.

İranlı nazir qeyd edib ki, İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin dayandırılması zəruridir və bu məqsədə çatmaqda İraqın rolunu çox mühüm hesab edirlər.

Ayşən
OXŞAR XƏBƏRLƏR