Təl-Əviv ətraflarında yük maşını avtobus dayanacağına çırpılaraq insanları vurub.
AZXEBER.COM xəbər verir ki, bu barədəu barədə "Reuters" məlumat yayıb.
Yük maşınının "Cinema City Glilot" kinoteatrının yaxınlığında dayanacağa çırpılması zamanı 6 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb.
Polis qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılır.