İsrail baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında məhbus mübadiləsi sazişini tənqid edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, o ABŞ və İran arasında təklif olunan razılaşmanın sadə anlaşma olmadığını deyib. Baş nazir bu razılaşmanın hələ açıqlanmayan başqa tərəfləri də olduğunu söyləyib:
"İran nüvə infrastrukturunu məhv etməyəcək, nüvə işlərinə son qoymayacaq, lakin Tehranın himayə etdiyi terror ünsürlərini maliyyələşdirəcək razılaşmalarla bağlı İsrailin mövqeyi aydındır”.
Şəbnəm