İsrail Dəməşqi vurdu: 5 ölü, 15 yaralı

İsrail Dəməşqi vurdu: 5 ölü, 15 yaralı
DÜNYA
11:51 20.02.2023
179
İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqdə yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, İsrail Suriyanın paytaxtı Dəməşqdə mülki yaşayış məntəqəsini hədəfə alıb.
 
Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Kəfr Sousa bölgəsindəki hücumunda yaşayış binası vurulub.
 
Səlahiyyətlilərin verdiyi açıqlamada hücumda 1-i əsgər, 4-ü mülki olmaqla, ümumilikdə 5 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı bildirilib. İsrail hücumu şərh etməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR