"Livan sərhədi üçün əməliyyat planları hazırlayırıq".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İsrail ordusununBaş Qərargah rəisi Herzi Halevi deyib.
İsrail Baş Qərargah rəisi 8 oktyabrdan bəri Hizbullah və digər Fələstin silahlı qrupları ilə güclü toqquşmaların davam etdiyi şimaldakı Livan sərhədinə işarə edərək deyib:
"Şimalda güclü əməliyyat planları hazırlayırıq. Bizim məqsədimiz təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizlik vəziyyəti şimaldakı vətəndaşları evlərinə qayıtdıqda özlərini təhlükəsiz hiss etməsinə səbəb olmayacaq".
Qeyd edək ki, oktyabrın 7-dən sonra İsrail Qəzza zolağının ətrafını və Hizbullahla qaynar toqquşmaların başladığı Livan sərhədində 4 kilometr aralıda yerləşən yaşayış məntəqələrini boşaldıb.
İsrailin açıqladığı rəqəmlərə görə, 120 mini Livan sərhəd bölgəsindən olan təxminən 200 min israilli ölkə daxilində turizm müəssisələrində, dövlət qonaqxanalarında və müxtəlif kampuslarda məskunlaşdırılıb.
Mikayıl