İsrail ordusu Livan sərhədindəki Hizbullah hədəflərini vurduğunu açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.
Ordudan verilən yazılı açıqlamada dünən Livandan İsrail tərəfinə atəş açıldığı bildirilib.
Bu atəşlərə cavab olaraq İsrail ordusunun Hizbullah mövqelərini vurduğu, hədəflər arasında Hizbullah müşahidə məntəqəsinin də olduğu qeyd edilib.
Digər tərəfdən, Livan İsraillə toqquşmalarda 2 Hizbullah üzvünün öldüyünü açıqlayıb.
Hizbullah da məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada Hizbullah üzvləri Taha Abbas və Əli Məhəmməd Mermerin Livanın cənubundakı Aytarun bölgəsində İsrail hərbçiləri ilə qarşıdurmada öldüyü bildirilib.
Hizbullah ötən gün də Mays əl-Cəbəl qəsəbəsində İsrail qüvvələri ilə toqquşmada daha bir üzvünün öldüyünü açıqlayıb.
Mikayıl