İsraildən İordan çayının qərb sahilindəki 3 yəhudi işğalçı bölməsi ilə bağlı QƏRAR

İsraildən İordan çayının qərb sahilindəki 3 yəhudi işğalçı bölməsi ilə bağlı QƏRAR
DÜNYA
11:09 23.05.2024
141
İsrailin müdafiə naziri Yoav Gallant 2005-ci ildə 2 qeyri-qanuni yəhudi işğal bölməsinin boşaldılması ilə bağlı verilən əmrin ləğv edildiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, yeni bəyanatla İsrailin müdafiə naziri Yoav Gallantın ofisi çıxış edib.

Açıqlamada təxliyyənin ləğvi ilə bağlı qərarın icrasının Gallantın İordan çayının qərb sahilindəki yəhudilərin işğal etdiyi yerlərdən məsul Regional Şuranın sədri və İsrail ordusunun rəsmiləri ilə keçirdiyi uzun görüşdən sonra gəldiyi vurğulanıb.

İşğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə təxminən 720 min yəhudi işğalçı yaşayır. Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yəhudi məskunlaşmaları qeyri-qanuni hesab olunur.

Gülay
OXŞAR XƏBƏRLƏR