İsraildən İordan çayının qərbinə daha bir hücum: Xeyli ölü və yaralı

DÜNYA
12:14 28.08.2024
111
Qəzzada qətliam törədən İsrail işğal altındakı İordan çayının qərbində başlatdığı genişmiqyaslı hücumlarda daha 10 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN-da yayımlanan xəbərdə məlumat verilib.
 
Ordunun İordan çayının qərb sahilinin şimalında genişmiqyaslı əməliyyat başlatdığı bildirilib.
 
Xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin və Tülkərim şəhərlərində eyni vaxtda hərəkətə keçdiyi, Quru Qoşunlarına dəstək məqsədilə döyüş helikopterləri və pilotsuz uçuş aparatlarının (PUA) da çıxarıldığı bildirilib.

İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhəri yaxınlığında yerləşən Əl-Fəriyyə Qaçqınlar Düşərgəsi, Qalqilya şəhəri və bəzi digər qəsəbələrə də basqınlar həyata keçirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Əl-Fəriya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 5 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib. Nazirlikdən verilən digər açıqlamada isə İsrail əsgərlərinin Cenin şəhərində həyata keçirdiyi basqında 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı paylaşılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR