İsraildən kəşfiyyat etirafı: HƏMAS-ın silahlı basqınlarına dair məlumatlar var

İsraildən kəşfiyyat etirafı: HƏMAS-ın silahlı basqınlarına dair məlumatlar var
DÜNYA
12:07 12.10.2023
176
İsrail ordusu dünən gecə fələstinli qrupların hücumu ilə bağlı bəzi işarələrin olduğunu, lakin kəşfiyyat xəbərdarlığının olmadığını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Ordusunun sözçüsü Daniel Həcəri blokada altındakı Qəzza zolağından başlanan hücumlardan bir gecə əvvəl bəzi hazırlıqların olduğuna dair kəşfiyyat siqnalları aldıqlarını, lakin belə bir hücum üçün konkret kəşfiyyat xəbərdarlığının olmadığını söyləyib.

Həcəri Qəzza zolağından ətrafdakı İsrail yaşayış məntəqələrinə hücumlarda iştirak edən İzzəddin əl-Qəssam Briqadalarının elit komando birliklərinin evlərini və bazalarını vurduqlarını bildirib.
 
Yaralı fələstinli silahlı ünsürlərdən Qəzzada "tunellər, atış meydançaları, toplaşma nöqtələri, hərbi mövqelər" haqqında məlumat aldıqlarını bildirən Həcəri hücumda iştirak edən hər kəslə hesablaşacaqlarını bildirib.

İsrail ordusunun şimaldan ola biləcək hücuma qarşı hazırlıq gördüyünü bildirən sözçü, əsgərlərin bölgədəki yaşayış məntəqələrinin ətrafında patrul gəzdiyini, nəzarət məntəqələri qurduğunu, sahədə tələlər hazırladığını və bölgənin daha çox əsgərlə gücləndiriləcəyini bildirib. 

Bu arada İsrail ordusundan verilən yazılı açıqlamada Qəzza zolağının Rəfah qəsəbəsində gecə saatlarında həyata keçirilən hücumlarda Qəssamın dəniz piyada birliklərinin yüksək səviyyəli lideri Məhəmməd Əbu Şamlanın öldürüldüyü bildirilib. Açıqlamada Şamlanın evində dəniz hücumlarında istifadə olunacaq sursatların gizlədildiyi iddia edilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR