İsraildən Livana intensiv hücum: Xeyli insan öldü

İsraildən Livana intensiv hücum: Xeyli insan öldü
DÜNYA
12:08 27.03.2024
142
İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər ölüb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hizbullah həmçinin İsrail ordusu ilə toqquşmalarda 3 üzvünün öldüyünü açıqlayıb.

İsrail döyüş təyyarələrinin Livanın cənubunda bu səhər həyata keçirdiyi hava hücumunda 7 nəfər həyatını itirib.

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, Livandakı Mülki Müdafiə Təşkilatı mənbələri, İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Əl-Həbbariyyə qəsəbəsindəki İslami Tibb Cəmiyyətinə çoxlu raketlərlə hava hücumu təşkil etdiyini bildirib.

Livandakı Hizbullah Hərəkatı da İsrail ordusu ilə toqquşmalarda 3 üzvünün öldüyünü açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR