HƏMAS ilə müvəqqəti atəşkəs sona çatdıqdan sonra Qəzzaya hücumları bərpa edən İsrail Baş naziri Binyamin Netanyahunun sözçüsü Ofir Gendelman müharibəni bitirmək üçün şərtlərini açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sözçü müharibənin dayanmasının tək bir yolunun Fələstinin təslim olması olduğunu deyib.
Netanyahunun sözçüsü bildirib:
"Bu gün iki şərtlə müharibəni bitirmək mümkündür. Birincisi, bütün qaçırılanlarımız azad edilməlidir. İkincisi, HƏMAS təslim olmalıdır".
Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzzada həlak olan fələstinlilərin sayı 930 nəfər artaraq 17 min 177-yə çatıb.
Digər tərəfdən Qəzza zolağına qurudan edilən hücumlarda həlak olan İsrail əsgərlərinin sayı 89-a yüksəlib.
Mikayıl