Qəzza hava zərbələri və blokadaya görə böyük dağıntılar yaşayarkən, İsrail humanitar yardım çağırışlarına çox sərt cavab verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin energetika naziri İsrael Katz bildirib ki, Qəzza zolağında girov saxlanılan israillilər evlərinə qayıtmayana qədər Qəzzaya elektrik, su və yanacaq verilməyəcək:
"Qəzzaya humanitar yardım?, İsrailli məhbuslar evlərinə qayıdana qədər heç bir elektrik açarı açılmayacaq, su kranları açılmayacaq və yanacaq daşıyan maşınlar içəri girməyəcək".
Katz İsrailin Qəzzada silahlı və ya mülki olmasından asılı olmayaraq kollektiv cəzaya əl atdığı beynəlxalq reaksiyalara beynəlxalq reaksiyalara belə belə cavab verib: "Heç kim bizə əxlaq dərsi verə bilməz".
Qeyd edək ki, BMT İsraili Qəzzaya humanitar yardım dəhlizi açmağa çağırıb və bölgədəki vəziyyətin həmişəkindən daha ağır ola biləcəyi barədə xəbərdarlıq edib.
Mikayıl