İsraildən Qəzza sakinlərinə - Xəbərdarlıq

İsraildən Qəzza sakinlərinə - Xəbərdarlıq
DÜNYA
11:46 09.09.2025
202
İsrail ordusu Qəzza şəhərinin tam təxliyəsi barədə əmr verib. 

AZXEBER.COM xəbər verir ki, çağırış Qəzza zolağında planlaşdırılan genişmiqyaslı hərbi əməliyyat çərçivəsində edilib. 

Agentliyin məlumatına görə, bu, hərbi əməliyyatların cari mərhələsində şəhərin tamamilə təxliyə edilməsi barədə ilk xəbərdarlıqdır. 

Həmçinin qeyd olunub ki, şəhərdə bir milyona yaxın fələstinli yaşayır və onların çox az hissəsi təxliyə edilib. 

Xatırladaq ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada genişmiqyaslı əməliyyat keçiriləcəyini elan edib və yerli sakinləri şəhəri tərk etməyə çağırıb.
 
///"Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR