İsraildən Qəzzada yeni quru əməliyyatı

İsraildən Qəzzada yeni quru əməliyyatı
DÜNYA
10:52 27.10.2023
171
İsrail ordusu Qəzzada yeni əməliyyat həyata keçirdiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu HƏMAS-ın xarici işlər üzrə komissarı Xalid Məşəl deyib.
 
Ordudan verilən yazılı açıqlamada, Qəzzanın mərkəzi bölgəsində quru qüvvələrinin həyata keçirdiyi nöqtə əməliyyatına döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının (PUA) da dəstək verdiyi bildirilib.

Bildirilib ki, əməliyyat zamanı təyyarə və artilleriya bölmələri Qəzzanın hər yerində, xüsusən də Şucayyə bölgəsində HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid olduğu iddia edilən əraziləri vurub.

Quru qüvvələrinin məntəqə əməliyyatından sonra Qəzzadan İsrail ərazisinə qayıtdığı və hərbçilərin xəsarət almadığı qeyd edilib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR