Rəfahın qərbinə doğru irəliləyən İsrail tankları fələstinliləri qaçmağa məcbur edir.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, ötən gün İsrail tankları Qəzza zolağının cənub hissəsinə hücum edərkən 8 fələstinli həlak olub.
Bölgə sakinləri gecə yarısından sonra tankların beş məhəlləyə daxil olduğunu, şəhərin qərbindəki Əl-Məvasi bölgəsində ailələrin çadırlarına güclü mərmi və atışmaların gəldiyini bildiriblər.
Rəfaha sığınan 1 milyondan çox fələstinlinin əksəriyyəti İsrailin şəhərə hücumundan sonra şimal bölgələrinə qayıtmaq məcburiyyətində qalıb.
Birləşmiş Millətlər (BMT) və Fələstinin açıqladığı məlumatlara görə, Rəfahda 100 mindən az fələstinli qalıb.
Mikayıl