İsraildən son 20 ilin ən böyük əməliyyatı: Qəzzadan sonra hədəf İordan çayıdır

DÜNYA
13:13 29.08.2024
116
Qəzzaya hücumlarını davam etdirən İsrail bu dəfə İordan çayının qərb sahilini hədəf alıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinə qarşı həyata keçirdiyi əməliyyatın son 20 ildə bölgəyə edilən ən böyük hücum olduğu bildirilir.
 
Dörd şəhərdə eyni vaxtda həyata keçirilən hücumlarda çoxlu fələstinli həyatını itirib. Hücumlarda aralarında uşaqların da olduğu 20 fələstinli saxlanılıb.

İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində eyni vaxtda basqınlar həyata keçirib.

Cenin, Nablus, Tulkərim və Tubasda helikopter və pilotsuz uçuş aparatlarının da istifadə edildiyi hücumlarda çoxlu fələstinli həyatını itirib.

İsrail əsgərləri Tulkərimdəki xəstəxanaları mühasirəyə alaraq yaralıları daşıyan təcili yardım maşınlarının keçməsinə imkan verməyib.
 
ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada Fələstin torpaqlarını qəsb edən israilli ekstremistlərin törətdiyi zorakılığın bölgədəki gərginliyi artırdığına diqqət çəkilib.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş də İsrailin işğal altındakı İordan çayının qərb sahilinə hücumlarını şiddətli şəkildə pisləyib.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət rəhbəri Cosef Borel də xəbərdarlıq edib ki, İordan çayının qərb sahilinə genişmiqyaslı hərbi müdaxilə Qəzzadan müharibənin uzantısı"və Fələstin ərazilərində görülən tam miqyaslı dağıntıların təkrarı olmamalıdır.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin verdiyi yazılı açıqlamada deyilir:
 
"Baş katib İsrailin Cenin, Tulkərim və Tubas şəhərlərinə hava hücumları da daxil olmaqla genişmiqyaslı hərbi əməliyyatlara başlamasının insan itkisi ilə nəticələndiyini bildirib və işğal altındakı İordan çayının qərb sahilində mülki infrastruktura dəyən ziyan son hadisələrdən dərin narahatlıq keçirir və uşaqlar da daxil olmaqla, insan itkisini qətiyyətlə pisləyir".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR