"İsraili dayandırmadan bu mümkün deyil" - Hakan Fidan

"İsraili dayandırmadan bu mümkün deyil" - Hakan Fidan
DÜNYA
14:36 24.03.2025
442
Suriya və Livan torpaqlarının hədəf alınması İsrailin genişlənmə siyasətində israrlı olduğunu göstərir.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki,  bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza Əlaqə Qrupu toplantısındakı çıxışında deyib.

"İsraili dayandırmadan bölgədə sülh mümkün deyil. Əsas məqsədimiz Qəzzada dağıntıları dayandırmaq və daimi atəşkəs yaratmaq olmalıdır. İsrailə təzyiq artırılmalıdır", - nazir bildirib.

Nazir Misirin bütün İƏT ölkələri tərəfindən dəstəklənən Qəzza planının konstruktiv çərçivə təmin etdiyini və bu plan əsasında irəliləməyin lazım gəldiyini qeyd edib
OXŞAR XƏBƏRLƏR