İsrailin yeni baş naziri Yair Lapid Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyə dövlət başçısını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İsrail əlaqələri və regional proseslər müzakirə olunub.
Türkiyə dövlət başçısı Yair Lapidi Baş nazir seçilməsi münasibətilə təbrik edib.
Cari il noyabrın 1-də keçiriləcək seçkilərin İsrail xalqı üçün xeyirli olmasını diləyən Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərə qədər yeni məskunlaşdırılmaya icazə verilməməsini, Əl-Əqsa məscidinə aid status-kvonun qorunması kimi siyasətlərin davam etdirilməsini arzuladıqlarını bildirib.